Bu tərbiyəsizlik haradan qaynaqlanır?

Bu tərbiyəsizlik haradan qaynaqlanır?
11:57 27 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az qol.az-a istinadən Emil Hüseynlinin yazısını təqdim edir.

Əslində, idman yazarı olmasam da, dəyərli dostum Aydın Bağırovun yazısını oxuduqdan sonra Premyer Liqanın 9-cu turunun "Neftçi" - "Qarabağ" oyununda baş verən olayla bağlı bəzi cızma-qara etmək qərarına gəldim. Öncədən deyim ki, Azərbaycanın futbol klublarında kifayət qədər dostlarım və şəxsən tanıdıqlarım var. Ona görə də hansısa fikrimlə razılaşmasalar, müzakirə edə bilərik.

Keçək mətləbə - "Neftçi"nin rumıniyalı hücumçusu Katalin Tiranın özünü cilovlaya bilməyərək stadiona şığıyan azarkeşə hücum etməsinə. Səhv etmirəmsə, azarkeş ən yaxşı halda yeniyetmə yaşlarında olar. Onun günahı nədir? "Neftçi"nin oynaya bilməməsindən hiddətlənməsi? Yoxsa "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyinin biganəliyindən özünü cilovlaya bilməməsi? Vallah, o yeniyetməni qeyrət basıb, neyləsin axı? Axı heç mən yazardan da futbol klubunun rəhbəri çıxmaz. Bəhram Bağırzadə ən yaxşı halda gözəl azarkeş ola bilər. İqtisadçı, neft sahəsində çalışan biri necə futbol klubunun icraçısı ola bilər? (bəlkə də səhv edirəm - E.H.) Demək, günahı valideynlərindən pul qoparıb soyuğun altında "Neftçi"yə azarkeşlik edən yeniyetmədə yox, kluba məsuliyyətli olanlarda görmək lazımdır. Nə isə, bu məsələdə çox dərinə getmək istəməzdim. Onda gərək kimlərinsə bostanına daş atım.

Keçək futbolçunun tərbiyəsizliyinə. Bu gün futbolçuların probleminə kompleks yanaşmaq lazımdır. Bu tərbiyəsizliklər haradan qaynaqlanır? Guya yerli futbolçularımızın buna bənzər jestlərinin şahidi olmamışıq? Dəfələrlə olub. Söyüşlər, fiziki güc, təhdidlər.

Məncə, problemin kökünü uşaq futbol məktəblərində axtarmaq lazımdır. İki alan, məktəbə getməyən, bir kitab üzü açmayan insan necə futbolçu ola bilər axı? Elə ona görə də futbolçularımız meydanda ağıllı oynaya bilmirlər. Uşaq məktəbinə gələn futbolçulara mütləq paralel bilik də verilməlidir, insanlarla normal ünsiyyət aşılanmalıdır, psixi durumları nəzarətdə saxlanmalıdır. PFL və ya AFFA-nın inzibati cəzasının problemin köklü həllinə təsir edəcəyinə inanmıram. Tutaq ki, bir əcnəbini də qovduq Azərbaycandan, sonra? Kim bu cür hadisələrin təkrarlanmayacağından sığortalanıb? Heç kim! Bəlkə də səhv edirəm, bir dəfə olsun, AFFA və ya PFL-in təşkilatçılığı ilə məsələn, "Futbolçuları necə tərbiyələndirək?" (mövzular müxtəlif ola bilər - E.H.) mövzusunda konfrans keçirilibmi? Mən geniş miqyasda bu cür mövzular ətrafında müzakirələrin aparıldığını xatırlamıram. Ola bilər, AFFA daxilində bu müzakirələr getsin, nə fayda?

Cavid Hüseynovun bir çılğınlığını xatırlatmaya bilmərəm. Özünə də, qarşı tərəfə də, dövlətə də ciddi problem yaratdı. Niyə? Çünki əsəbidir, çılğındır. Nə üçün bu çılğınlığa görə Azərbaycan dövləti ölkəmizin uğuruna sevinməyən beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə üz-üzə qalmalı idi? Biz problemin bu səviyyəyə qalxmaması üçün çalışmalıyıq. "Neftçi"nin oyununda baş verən olay, elə bilirsiniz, ölümlə nəticələnməyə bilməzdi? Yeniyetmənin bir zərbə ilə yerə çırpılması faciə üçün bəs edərdi.

Düşünün, cənablar!

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Səudiyyə kralından tarixi qərar

27 Sentyabr 2017 01:30

NASA-nı düşündürən hadisə - Kosmik gəmi parçalanır

27 Sentyabr 2017 01:28

Səudiyyədə qadınlar da maşın sürəcək

27 Sentyabr 2017 01:24

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 Sentyabr 2017 01:08

Yaponiya hökuməti “Fukusima-1” AES-in sökülməsinin əsas mərhələsini təxirə salıb

27 Sentyabr 2017 01:08

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib

27 Sentyabr 2017 01:02

Çempionlar Liqasında gecənin nəticələri

27 Sentyabr 2017 00:58

Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək

27 Sentyabr 2017 00:52

ABŞ Çavuşoğlunun İraqa dair bəyanatını təhdidedici adlandırdı

27 Sentyabr 2017 00:49

İsrail əsgərləri hücuma məruz qaldı -

27 Sentyabr 2017 00:46

Dünyanı ələ alan dilənçilik ABŞ-dan başladı - "Çirkinlər Qanunu"

27 Sentyabr 2017 00:38

Çavuşoğlu: "Ankara İraqın ərazi bütövlüyünü qoruyacaq"

27 Sentyabr 2017 00:29

Pakistanın keçmiş baş naziri korrupsiya qalmaqalı ilə bağlı ifadə verib

27 Sentyabr 2017 00:28

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28