“İlk dəfə idi ki, öz yetirmələrimiz bizə qol vurdular” – Nail Kərimov

“İlk dəfə idi ki, öz yetirmələrimiz bizə qol vurdular” –   Nail Kərimov
12:07 27 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+


“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov Fanat.Az saytına müsahibə verib. Gənc mütəxəssis əməkdaşımızla söhbətində “Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında çıxışını dəyərləndirib və gələcək planlardan söz açıb.




- “Qəbələ”nin ilk dəfə qatıldığı UEFA Gənclər Liqasını necə dəyərləndirirsiniz? Turnirin səviyyəsi gözləntilərinizi doğrultdumu?

- Çox maraqlı yarışdı. Yarışın püşkatması avqustun 30-da Nyonda, UEFA-nın mənzil-qərargahında olmuşdu. Həmçinin seminar təşkil edildi, məlumat almağımız üçün lazımı vəsaitlər verildi. Təşkilatçılıq Avropa Liqası matçlarına yaxın bir səviyyədə olmalıydı. Biz bu baxımdan bir az şanslıyıq. Çünki artıq 2 mövsümdür əsas komandamız həmin turnirdə çıxış edir və mən də həmin prosesdə yaxından iştirak etmişəm. Ona görə də Moskva “Dinamo”su ilə Qəbələdəki oyunun təşkilatçılığı çətin olmadı. Hətta, sonda oyununun inspektoru bildirdi ki, indiyə kimi bu qədər yaxşı raport yazmamışdım. Ümumilikdə yarışı UEFA maliyyələşdirir, bizim çox cüzi xərcimiz çıxdı. Bu yarışda iştirak bizim üçün müsbət haldır. Öz hazırlıq səviyyəmizi bu yarışda iştirak etmək üçün ölçə bilir. Həmçinin, bu oyunlar gənclərimiz üçün əla bir təcrübə oldu. 



- İki oyunun nəticəsinə görə “Dinamo”ya 0:7 hesabı (0:2 və 0:5) ilə uduzmaq sizin üçün sürpriz olmadı ki?

- Bəli, sürpriz oldu. Çünki “Dinamo”nu keçməyi düşünürdük. Hər iki oyunda yaxşı təsir bağışladıq, hücum futbolu sərgilədik, qol vurmaq, qələbə qazanmaq istədik. İkinci variant müdafiədən oynamaq, qapımıza qapanmaq idi. Bəlkə də, bu halda nəticə də fərqli olardı. Lakin biz yaxşı oyunu seçdik. İki oyunun hesabında 0:7 uduzsaq da, “Dinamo” ilə “Qəbələ” arasında fərq böyük deyil. Düzdür, komanda Rusiya çempionudur, bir çox futbolçuları milli komandada çıxış edir. Ancaq bu, bizim böyük hesabla məğlub olmağımıza əsas vermir.



- Moskvadakı oyunun icmalına baxdıq. Əgər həmin icmaldan qolları silsələr, düşünmək olar ki, bu oyunu Qəbələnin qələbəsi ilə başa çatıb. Xüsusən də, ilk yarıda topa nəzarət, hücumların təşkili, qol epizodları baxımından “Qəbələ” üstün idi. Belə bir oyunda komandanız niyə 0:5 hesabı ilə uduzdu?

- Bayaq da qeyd etdim, çox yaxşı futbolçularımız olduğuna əminəm. Onlar futboldakı bütün parametrləri yetirməyi bacarırlar. Qəbələdəki oyunda rəqib 3 hücum etdi, 2-si qol oldu. Biz isə real epizodları qola çevirə bilmədik. Buna bənzər mənzərəni Moskvada da yaşadıq. Evdə 2 cavabsız qola uduzsaq da, komandamız səfərdə qələbə qazanacağına inanırdı. Çünki rəqibi görmüşdük. Baş məşqçimizlə söhbətimizdə belə qərara gəlmişdik ki, qorxmaq lazım deyil, itiriləsi heç nə yoxdur. Rəqibi 1-ci zonada qarşılamağı düzgün saydıq. Pressinq və hücuma üstünlük verdik. Düşündüklərimizin hamısını edə bildik – qol vurmaq xaric. Rəqib ilk 2 qolu “rikoşet”lərdən vurdu. Bundan sonra komandada yaranan boşluqlar belə biabırçı hesaba gətirib çıxartdı. 



- Oyunun sonlarına yaxın “Qəbələ” demək olar ki oyundan qopmuşdu. Bu nə ilə bağlıdır – komandanın fiziki durumu aşağıdır, yoxsa artıq 73-cü dəqiqədə ümumi hesabın artıq 0:5 olması öz sözünü dedi? 

- 20 ilə yaxındır ki, futbola baxıram. Bu Akademiyanı qurmaqla bir çox dəyişikliklərə nail ola bilmişik. İndi texniki imkanları yüksək olan daha çox futbolçu hazırlaya bilirik. Zamanla onları ölkə çempionatının oyunlarında, millinin heyətində görə biləcəyik. Yəni, sizdə daha aydın təsəvvür yaranacaq. Həm də taktiki cəhətdən futbolçular yetişdirə bilmişik. Lakin əvvəlki illərlə müqayisədə bir şeyi dəyişə bilməmişik – oyun intizamı. Futbolçu başa düşməlidir ki, matç 90 dəqiqədir və hesab, məqsəd nə olursa-olsun, eyni tempdə çıxış etməlidir. Hətta, matçın gedişində artıq bəlli olsa ki, məqsədə çatmaq mümkün deyil, yenə də oyundan qopmaq olmaz. Bəlkə də, bunu öyrədə, izah edə bilməmişik. Biz hücum ediriksə, qol vura bilmiriksə, demək ki, hardasa səhvə yol veririk. Bu səhvləri məşqçilər korpusu görür və bunun üzərində işləyirik. 



- Gənclər Liqasındakı 2 oyun Qəbələyə nə verdi?

- Gənclər Liqasında ilk təcrübəmiz idi. Müəyyən mənada bəxtimiz də gətirmədi. Ancaq bu, bəhanə ola bilməz. Növbəti dəfə bu yarışda iştirak etsək, daha fərqli olacaq. Təbii ki, bu oyunlar bizim gördüyümüz işin ümumi nəticəsi deyil. Uzun illər gördüyümüz işləri bir oyunla ölçmək olmaz. İş prinsipimiz daha yaxşı olmaq, hər zaman müsbət, bizi daha da irəliyə aparacaq dəyişikliklər etməkdir. Yarış zamanı istər UEFA-dakı bir çox adamlarla, eləcə də, “Dinamo”nun rəhbərliyi ilə tanışlığımız oldu, münasibətlər qurduq. Segey Silkin və Aleksey Smertinlə şəxsi münasibətimiz yarandı. Smertin “Dinamo”nun Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəridir. Moskvadakı oyuna birlikdə baxırdıq. Bizim komandanı çox bəyəndi və qeyd etdi ki, azərbaycanlı futbolçular hər zaman öz texnikaları, cəldlikləri ilə seçiliblər. Lakin bu qədər təşkilatlanmış komanda gördüyünə təəccübləndi. Turnir bizim üçün ciddi təcrübə oldu. Futbolçularımız başa düşdü ki, ölkə çempionatında xal hesabı ilə çempion olmaq mümkündür. Ancaq beynəlxalq matçlarda vəziyyət fərqlidir. Səhvlərimizi, nələrin üzərində işləməli olduğumuzu bir qədər də aydınlaşdırdıq. Həmçinin, bu bizim üçün bir stimul oldu ki, yenə U-19 Liqasında çempion olaq. 


- Həmin matçlarda əcnəbi skautlar “Qəbələ”nin gəncləri ilə maraqlandılarmı? 

- Qəbələdəki oyunda kimsə yox idi. Moskvada isə belə bir adamların olub-olmadığını bilmirəm. Yəni, bizimlə təmas quran olmadı. Müəyyən maraq “Dinamo” tərəfindən oldu, bəzi futbolçularımızla maraqlandılar. Çox güman ki, onlar bizim bu oyunçuları verməyəcəyimizi düşünürlər. Çünki ki, bizim də böyük hədəflərimiz var. Bu gün üçün biz “Dinamo”dan bir addım öndəyik. “Dinamo” I divizionda çıxış edir, “Qəbələ”nin əsas komandası isə həm Premyer Liqada çempionluğa oynayır, liderdir, həm də Avropa Liqasının qrupunda yer alıb. 



- Qarşıda növbəti “Gabala Cup”un keçirilməsi planlaşdırılmı? 

- Hazırda bu barədə müəyyən müzakirələr aparırıq. Yarışın keçirilməsinin müsbət və mənfi tərəflərindən, bizim üçün nə qədər faydalı olar, nə dərəcədə çətinliklər olması barədə danışırıq. Bilirsiniz, daha əvvəllər keçirildi. İki il öncə Avropa Oyunlarının təşkilatçılığına görə təxirə saldıq. Ötən ilki maliyyə böhranı bizə də öz təsirini göstərdi. Ona görə də təxirə saldıq. Bu mövsüm keçirtsək belə, daha aşağı büdcə təyin edəcəyik. 



- Topaz Premyer Liqasının sonuncu turunda “Qəbələ” səfərdə “Sumqayıt”la bərabərə qaldı 2:2. Həmin matçda meydan sahiblərinin hər iki qoluna məhz “Qəbələ”nin yetirmələri imza atdı...

-  Hazırda ölkə çempionatında “Qəbələ” ilə yanaşı, “Neftçi”, AZAL və “Sumqayıt”ın oyunları maraqlı olur. Bu komandaları yaxından izləyirəm. “Neftçi”də Tərzin Cahangirov, AZAL-da Kamal Mirzəyev, “Sumqayıt”da Amil Yunanovla Yusif Nəbiyevin oyunlarını izləmə çalışıram. Həmçinin, “Kəpəz” və AZAL-da hələ debüt etməyən oyunçularımız var. I divizionda da çıxış edənlər az deyil. Hər biri ilə əlaqəm var. Qol vuranda təbriklərimi çatdırıram, maraqlanıram. Əlimizdə statistikaları var, izləyirik. Onların uğurlarına sevinirəm. “Qəbələ” ilə matçlarda bizə qol vuranda, biz xal itiririksə, üzülürük. Yusifin o qədər fəal oynaması, Amilin meydana girəndən sonra göstərdiyi oyun, digər tərəfdən, hər ikisinin qol vurduqdan sonra etdikləri jest – sevinməməkləri xoşdur. İlk dəfə idi ki, öz yetirmələrimiz bizə qol vurdular. Bəlkə də, öz keçmiş klublarına qarşı daha yaxşı motivasiya ilə oynayırlar, özlərini sübut etməyə çalışırlar. Bu gənclərin bir futbolçu kimi inkişaf etmələri bizi sevindirir. Akademiyanı qurmaq məqsədimiz məhz bu idi – ölkəmiz üçün oyunçular yetişdirmək. 


ŞAMO


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57

Bakıda Milli Şuranın mitinqi başlayıb

23 Sentyabr 2017 15:49

Aydın Mirzəzadə: “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil"

23 Sentyabr 2017 15:47

Missiya.az xəbər saytının fəaliyyətinin 1 ili tamam olur

23 Sentyabr 2017 15:47

Cənnətdə evlilik olacaqmı? - Nihat Hatipoğlunun CAVABI - VİDEO

23 Sentyabr 2017 15:43

Hərbçini güllələyib su kanalına atdılar

23 Sentyabr 2017 15:43

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23 Sentyabr 2017 15:42

Layiqli kişi tapmadı, özüylə evləndi

23 Sentyabr 2017 15:34

Şimali Koreyaya daha bir zərbə

23 Sentyabr 2017 15:33

Qusarda iki nəfəri qəsdən maşınla vuran şəxsin apellyasiya şikayəti təmin edilməyib

23 Sentyabr 2017 15:32

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

23 Sentyabr 2017 14:22