Tramp seçicilərə hind dilində müraciət etdi - VİDEO

Tramp seçicilərə hind dilində müraciət etdi - VİDEO
12:13 27 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp reklam çarxında ölkəsində yaşayan hindlilərə hind dilində müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder 30 saniyəlik videonun əvvəlində hindliləri Divali bayramı münasibətilə təbrik edib.

Daha sonra isə Trampın iki həftə əvvəl Hindlilərin Respublika Koalisiyası tərəfindən təşkil edilmiş xeyriyyə axşamında çıxışından görüntülər və Hindistanın baş naziri Narendra Modinin bir qədər dəyişdirilmiş “Biz bu dəfə Tramp hökuməti ilə” şüarı göstərilib.

Qeyd edək ki, son reytinq sorğularına görə, Trampın demokrat rəqibi Hillari Klintondan xeyli geri qalması onu respublikaçılar üçün qeyri-ənənəvi olan seçki qruplarına üz tutmağa məcbur edib. Bu qruplardan biri hindlilərdir.

Trampın azlıqlar SEVGİSİ - FOTOLAR

Qalmaqallı reputasiyasına görə, partiyadaşların bir hissəsinin dəstəyini itirən ekssentrik siyasətçi respublikaçılar üçün ənənəvi olmayan seçki qrupları arasında müttəfiqləri axtarır.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR