Merayya Kerrini nişanlısı atdı - FOTO

Merayya Kerrini nişanlısı atdı - FOTO
12:27 27 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı müğənni Merayya Kerrinin yenidən ailə qurmaq planları puç olub. 46 yaşlı müğənninin nişanlısı, 48 yaşlı avstraliyalı milyarder Con Parker onu tərk edib və bütün münasibətləri kəsib.

Milli.Az Radar Online-a istinadən bildirir ki, ötən ilin ortalarından görüşməyə, sonra birlikdə yaşamağa başlayan Merayya Kerri ilə Ceyms Parker evlənəcəklərini demişdilər. Parker müğənniyə 10 milyon dollarlıq nişan üzüyü də bağışlamışdı. İyunda isə onlar toyu təxirə saldıqlarını deyiblər.

İndi Kerri ilə Parker ayrılıblar.

Səbəb müğənninin ifrat bədxərcliyi, Parkerin pullarını "göyə sovurmasıdır".

Bundan başqa, Merayya "Mariah's World" adlı realiti-şousuna hazırlıqla bağlı xərcləri də ağlasığmaz həddə çatdırıb.

Woman's Day-in məlumatına görə, Parker 10 milyon dollarlıq nişan üzüyünü geri istəməyib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR