Rusiya Azərbaycan şirkətinə icazə verdi

Rusiya Azərbaycan şirkətinə icazə verdi
12:42 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Azərbaycanın "Milk-Pro" şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Rosselxoznadzor"dan məlumat verilib.

Federal Xidmətdən bildiriblər ki, "Milk-Pro" şirkəti həqiqətən də attestasiyadan keçib və Gömrük İttifaqının ərazisinə tədarük üçün (süd və süd məhsulları) icazəsi var:

"Lakin bundan əvvəl məhsulların markalanması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bir sıra pozuntular var idi. Bununla əlaqədar olaraq, Azərbaycanın Dövlət Baytarlıq Nəzarət Xidməti "Rosselxoznadzor"a zəmanət məktubu göndərib. Beləliklə, ötən gün müvafiq qərarın qəbulundan sonra "Milk-Pro"nun yükü Rusiya ərazisinə buraxılıb".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR