Arabir yağış, mülayim külək - Sabahın havası

Arabir yağış, mülayim külək - Sabahın havası
12:49 27 Oktyabr 2016
94 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində  arabir yağış yağacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 6-8, gündüz  10-13, Bakıda gecə  6-8, gündüz  11-13° isti olacaq. 

 

Azərbaycanın rayonlarında isə səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR