Röya və Hadisə Bakıda konsert verəcəklər

Röya və Hadisə Bakıda konsert verəcəklər
13:12 27 Oktyabr 2016
38 Şou
Ölkə mətbuatı
A- A+

Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Milli.Az bildirir ki, BOS-un mətbuat xidmətindən report-a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türk estrad ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan, çıxış edəcəklər.

Stadionun əsas meydançasında təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam olunacaq.
Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.
Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.
Konsert proqramın başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR