Bakıda möcüzə kimi OLAY: Nəhs mənzilin bəxtli sakini

Bakıda möcüzə kimi OLAY: Nəhs mənzilin bəxtli sakini
13:12 27 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qız sağ qalıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR