Azərbaycan efirində iki aparıcının rus davası - VİDEO

Azərbaycan efirində iki aparıcının rus davası - VİDEO
17:52 5 Yanvar 2015
259 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Elgiz Əkbər “Günəbaxan” verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ilə şoumen Kamran Həsənli arasında mübahisə düşüb. E.Əkbər verilişdə rusları tərifləməyə başlayıb:

"Rus millətini sevirəm. Dünyanın ən səmimi xalqı ruslardır. Onlar bunu bayram günü mənə nümayiş etdirdilər. Verilişimdə “VİA Qra” qrupu qonaq oldu. Çox səmimi idilər. Mən onların siyasətindən yox, xalqının səmimiliyindən danışıram".

E.Əkbərin bu sözlərinə əsəbləşən K.Həsənli “Ən səmimi xalq yoxdur. Hər xalqın yaxşısı da, pisi də var”, - deyə bildirib.

Elgizin “Niyə pisləyək? Bizim vətəndaşlar gedib Rusiyada pul qazanır, buradakı övladlarına çörək pulu göndərirlər. Biz imkan verərik ruslar burada pul qazansın? Yox” sözlərinə isə şoumen belə cavab verib:

“Tarix boyu ən böyük ziyanı ruslardan görmüşük. İrəvan, Zəngilan, Dərbənd, Göyçənin itirilməsi, 20 Yanvar, Xocalı faciələri - hamısı rusların işi olub. Bunlar bəs edir, yoxsa yenə sadalayım? Hələ də onlara qarşı hissiyyatın var?.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR