Pedaqoji Universitetdə bədbəxt hadisə faciəylə bitəcəkdi

Pedaqoji Universitetdə bədbəxt hadisə faciəylə bitəcəkdi
13:17 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən bildirir ki, ADPU-də təhsil alan, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb. Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.
20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin tökülməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR