“Boz kardinal” işdən çıxarıldı

“Boz kardinal” işdən çıxarıldı
13:23 27 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstan prezidenti Almazbek Atambayev müşaviri İkramjan İlmiyanovu vəzifəsindən uzaqlaşdırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Fərmanda deyilir ki, qərar İkramjan İlmiyanovun başqa işə keçirilməsi ilə əlaqədar qəbul edilib.

İkramjan İlmiyanov prezidentin bütün siyasi karyerası boyunca Atambayevin yanında olub və onun ən yaxın adamlarından hesab olunurdu. Qırğızıstanda onu “boz kardinal” adlandırırlar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR