Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini araşdırır

Azərbaycan və Niderland kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini araşdırır
13:32 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandda rəsmi səfərdədir.
“Report” Nazirliyə istinadən xəbər verir ki, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində ötən gün H.Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb.
Görüşdə Azərbaycanla Niderland arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sahələrinвə yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb olunması, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub.
H.Əsədov kənd təsərrüfatının hazırda Azərbaycanda iqtisadiyyatın prioritet sahəsi olduğunu və ölkə başçısının bu sahəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan tərəfinin südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafı, kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderlandla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Niderlandlı nazir Azərbaycanın davamlı inkişafından xəbərdar olduğunu, kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşılığa hazır olduğunu qeyd edib. O, Avropanın və Niderlandın kənd təsərrüfatında elm və təhsilə, innovativ texnologiyalara verilən dövlət dəstəyi barəsində geniş məlumat verərək, bu sahələrin hazırda onlar üçün prioritet olduğunu deyib.
Sonda H.Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib.
Hazırda nazirin səfəri davam edir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-ve-niderland-kend-teserrufati-sahesinde-emekdasliq-perspektivlerini-arasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR