Aİ-nin xüsusi nümayəndəsi: "Bu regionda hərbi qarşıdurma görmək istəmirik"

Aİ-nin xüsusi nümayəndəsi: "Bu regionda hərbi qarşıdurma görmək istəmirik"
13:47 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 27 oktyabr. REPORT.AZ/ "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb olunmuş struktur deyil. Amma Aİ münaqişənin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır".
"Report" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bərdədə jurnalistlərə açıqlamasında deyib.
"Bu regionda hərbi qarşıdurma görmək istəmirik. Axı, bundan bütün region və oranın əhalisi əziyyət çəkir. Elə buna görə Aİ məsələnin sülh yolu ilə həll ounmasının tərəfdarıdır", - deyə Aİ-nin xüsusi nümayəndəsi bildirib.
O, münaqişənin həllində hər iki ölkənin liderlərinin həlledici rol oynadığını qeyd edib:
"Onlar müəyyən qərara gələ bilsə, onun həyata keçirilməsini dəstəkləməyə, məsələyə töhfə verməyə şad olarıq", - deyə H.Zalber vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ai-nin-xususi-numayendesi-bu-regionda-herbi-qarsidurma-gormek-istemirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR