"Qəbələ"nin futbolçusunun burnu sındı

"Qəbələ"nin futbolçusunun burnu sındı
13:52 27 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  komandanın aparıcı üzvü Rafael Santos zədələnib.
 
Braziliyalı müdafiəçi ən azı 15 gün məşq edə bilməyəcək. Belə ki, "kimyaçılar"la oyunda Mirabdulla Abbasov top uğrunda mübarizə zamanı Santosun burnunu sındırıb. O "Neftçi" və "Saint Etienne"lə oyunda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, son oyunda Sergey Zenyov, Elvin Camalov, Baqali Dabo, Nika Kvekveskiri və Rəşad Sadiqov da zədə səbəbi ilə "Qəbələ"yə kömək edə bilməmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR