"Moody's" Rusiyanın büdcə kəsiri ilə bağlı proqnoz verib

"Moody's" Rusiyanın büdcə kəsiri ilə bağlı proqnoz verib
14:02 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın büdcə kəsiri bu ilin sonunda "Rosneft"in özəlləşdirilməsi baş tutarsa ÜDM-in 3,7-3,8%-ni, əks halda 4,5-4,7%-ni təşkil edəcək. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "Moody's" beynəlxalq reytinq agentliyinin Rusiyanın suveren reytinqi üzrə aparıcı analitiki Kristin Lindou (Kristen Lindow) bildirib. "Rosneft"in 19,5%-nin özəlləşdirilməsinin ilin sonuna qədər baş tutması gözlənilir. Satışdan 704 mlrd. rublun (11,2 mlrd. dollar) əldə edilməsi gözlənilir ki, bu rəqəm artıq 2016-cı ilin büdcəsində nəzərdə tutulub. Maliyyə Nazirliyinin açıqlamasına görə isə, büdcə kəsiri özəlləşdirmə gəlirləri olmasa ÜDM-in 4,5%-ni təşkil edəcək.
Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko bildirib ki, "Rosneft"in səhmlərinin satışından əldə olunacaq gəlir büdcəyə 2017-ci ilin yanvar ayında daxil ola bilər. Bu səbəbdən Maliyyə Nazirliyi 2016-cı ilin büdcəsinə Ehtiyat Fondundan 1 trln. rubl (16 mlrd. dollar) vəsait köçürmək hüququna malikdir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/moody-s-rusiyanin-budce-kesiri-ile-bagli-proqnoz-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR