"Huawei" şirkəti Naxçıvanda 4G-nin təqdimatını keçirib

"Huawei" şirkəti Naxçıvanda 4G-nin təqdimatını keçirib
14:12 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Çinin “Huawei Technologies” şirkəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 4G texnologiyasının təqdimatını keçirib. 
“Report” xəbər verir ki, tədbirdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və “Huawei”in Qafqaz və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Donlianq Janq (Donliang Zhang) iştirak ediblər.
V.Talıbov deyib ki, bundan sonra Naxçıbvan əhalisi daha yüksək sürətli internetdən yararlana biləcək.
D.Janq isə “Huawei”in Naxçıvan Dövlət Universitetində GSM və LTE texnologiyası ilə təchiz edilmiş müasir təhsil sisteminin yaradılmasına dəstək verib.
Qeyd edək ki, “Huawei” Naxçıvanda 2002-ci ildə fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/huawei-sirketi-naxcivanda-4g-nin-teqdimatini-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR