Deputat: "Avropada yaşıllığı Allah salır, Allah da suvarır"

Deputat: "Avropada yaşıllığı Allah salır, Allah da suvarır"
14:17 27 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hamımız Avropada oluruq. Orada hara baxırsan, yaşıllıqdır. Avropada yaşıllığı Allah salır, Allah da suvarır".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Milli Məclisin Aqrar Siyasət Komitəsinin və Hüquq Siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Deputat Meşə Məcəlləsində dəyişikliklərin müzakirəsində bildirib ki, ölkəmizdə ağac əkilsə də su problemi hələ də qalır: "Avropanın suyu da, yağışı da var. Orada xüsusi hansısa su anbarları yoxdur ki... Azərbaycanda ağacı əkirsən, amma suvarmaq üçün bəzən su çatışmazlığı olur. Misal üçün, Şamaxı yolunda o qədər ağaclar var, amma su yoxdur. Bizim çətinliklərimiz də var. Amma ağacları qorumaq hər birimizin borcudur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/483703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR