Putin “qətl”in qarşısını necə alacaq? - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ

Putin “qətl”in qarşısını necə alacaq? - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
14:53 27 Oktyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgə strukturu” hesab edilən “Stratfor” Vladimir Putin dövründəki qüdrətin yeni pikinə əsaslanaraq Rusiyada mənfi ssenarini qabaqcadan xəbər verib.

Publika.az xəbər verir ki, analitik mərkəz öz proqnozunda Rusiyanın dövri inkişafı üzrə şəxsi nəzəriyyəsinə əsaslanır.

Bu nəzəriyyəyə görə, hər “dirçəliş”in ardınca “tənəzzül”ün gəlməsi labüd olur. “Stratfor” hesab edir ki, “Putin Rusiyası” hazırda transformasiya mərhələsinə daxil olub. Qeyd olunur ki, Moskva Rusiya sərhədlərində artan təzyiq və daxili problemlərin təsiri altında sağ qalmağa çalışır.

“Stratfor” proqnozunda həmçinin Rusiyanın ərazi üstünlüyünə əsaslanır. Hesab edilir ki, coğrafi xüsusiyyətlər onun inkişafı dövrlərinin dəyişməsini müəyyən edir. Ölkə ərazisinin 75 faizi yararsızdır və dəniz ticarəti zəif inkişaf edib.

“Heç bir milli liderə “coğrafi tələ”dən qaçmaq müvəffəq olmayıb. Vladimir Putin SSRİ-nin dağılmasından sonra Rusiyanın dirçəlişini təcəssüm edir və III Ivan, Mixail Romanov, I Pyotr və Böyük Yekaterina kimi “Rusiyanın xilaskarları” ilə bir sırada dayanır”, - “Stratfor” qeyd edib.

Ancaq, baxmayaraq ki, Putin ölkəni möhkəmləndirib və sabitlik yaradıb, “Stratfor” onun üçün İvan Qroznının taleyini yazıb. İvan Qroznı öz hakimiyyətinin əvvəlində xalq arasındakı yüksək reytinqindən istifadə edirdi, amma daha sonra böhran dövründə zülmkara çevrilir. “Stratfor” Putinin əsas problemini “coğrafi tələ” ilə bağlayır. NATO Rusiyanı mühasirəyə alaraq onun sərhəd ərazilərinə diqqətini artırıb.

Neftin yüksək qiymətləri sayəsində gəlirlərin 160 faiz artması Kremlə ordunun xərclərini beş dəfə artırmağa, həmçinin şəxsi ittifaqlarını yaratmağa imkan verib. Rusiya Avrasiya məkanının iqtisadi sürətlənməsi ilə məşğuldur. ABŞ isə hələ ki, Yaxın Şərqdəki müharibələrdə batıb.

Ancaq, “Stratfor”un kəşfiyyatçıları bildirirlər ki, 2014-cü ildən başlayaraq, Rusiyada tənəzzülün başlanmasının əlamətləri görünməyə başlayıb: “Ukraynada rusiyayönlü hökumətin devrilməsi, neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və Qərb sanksiyaları tənəzzülün əlamətləridir. İqtisadiyyatın tənəzzülü Rusiya sərhədlərində NATO-nun artan təzyiqi, NATO-nun şərqə doğru hücumu, Ukraynanın cənubi-şərqindəki kiçik münaqişə və Yaxın Şərqdə terrorizmin artması ilə müşayiət olunur. Bütün bunlar Putini mürəkkəb seçim etməyə məcbur edərək çıxılmaz vəziyyətə qoyur: hakimiyyəti və sabitliyi, Rusiyanın sərhədlərini necə qorumalı”.

“Stratfor” kəşfiyyat-analitik mərkəzi qısa məruzədən sonra Rusiyanın “ölümü”nün sirrini açır: “ABŞ artıq Sovet ittifaqına qarşı uyğun təcrübəni həyata keçirib. Neftin qiymətlərinin kəskin düşməsi fonunda onun boynuna qoyulan qızğın silahlanma iqtisadi böhrana səbəb olub. SSRİ-də sənayenin 50 faizi müdafiə-sənayesinə xidmət edirdi”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR