Avropa İttifaqı və Kanada ticarət sazişi üzrə razılıq əldə edib

Avropa İttifaqı və Kanada ticarət sazişi üzrə razılıq əldə edib
15:12 27 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Kanada iki tərəf arasında ticarət sazişi (CETA) üzrə razılıq əldə edib.
"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Şarl Mişel məlumat verib.
Onun sözlərinə görə, daha əvvəl sazişin qəbul edilməsinə maneə törədən Belçikanın Valloniya regionu (Belçikanın cənubundakı 5 əyaləti özündə birləşdirir - red.) da əməkdaşlığa razılıq verib.
Qeyd edək ki, CETA sazişi Kanada və Aİ arasında azad ticarəti nəzərədə tutur. Valloniyalı sahibkar razılaşmadan sonra Kanada məhsullarının onların məhsullarını bazardan sıxışdırıb çıxarmasından çəkinirdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/avropa-i-ttifaqi-ve-kanada-ticaret-sazisi-uzre-raziliq-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR