Putin yəhudi milyarderi və 16 yaşlı qızını “oğurladı”

Putin yəhudi milyarderi və 16 yaşlı qızını “oğurladı”
15:13 27 Oktyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezident Vladimir Putin Ukrayna sakini milyarder Eduard Şifrinə Rusiya vətəndaşlığı verib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Rusiya pasportu həmçinin onun 16 yaşlı qızı Sofiya Roza alıb.

Qeyd edək ki, Şifrin Dnepropetrovskda doğulub. Moskvada ali təhsil alaraq texniki elmlər namizədi elmi dərəcəsini aldı. O, “Midland Group” şirkətinin həmtəsisçisidir. Onun fəaliyyət sahələrinə metallurgiya, gəmiçilik və kənd təsərrüfatı daxildir.

Müxtəlif məlumatlara görə, Şifrinin sərvəti milyard dollardan çoxdur. Biznesmen 1999-cu ildən Ukrayna Yəhudi Konfederasiyasının həmsədri, 2002-ci ildən Avrasiya Yəhudi Konqresinin vitse-prezidentidir. O, həmçinin Ümumdünya Yəhudi Konqresinin vitse-prezidentidir.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR