"Respublika" qəzeti nazirliyə CAVAB VERDİ

"Respublika" qəzeti nazirliyə CAVAB VERDİ
15:32 27 Oktyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç görmüsünüzmü ki, nə vaxtsa "Respublika" qəzetində kiminsə adından məqalə yazılsın?

Milli.Az bildirir ki, bunu azvision.az-a "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov qəzetdə təhsil naziri Mikayıl Cabbarovun imzası ilə dərc olunan məqaləyə münasibət bildirərkən deyib. 

Baş redaktor məqalənin M.Cabbarova məxsus olmaması haqda nazirliyin ittihamına cavab olaraq bildirib: "Məsələni yerində həll etmək üçün təcili nazirliyə zəng etdim, olub bitənlərdən xəbərdar etdim. Həmin yazı bizim sifarişimizlə nazirliyin aparatında yazılıb və elektron formada məsul işçi tərəfindən bizə göndərilib. Mən başa düşə bilmirəm ki, indi niyə belə şou göstərirlər. Görünür, nazirliyin mətbuat xidməti işini bilmir. Nazirin yanında özlərini yaxşı göstərmək üçün, bu cür informasiyalar yayırlar. Mən bu qəzetin baş redaktoruyamsa, deməli, heç kimin icazəsi, xəbəri olmadan onun adından hansısa yazı çap etmərik".

Təhsil Nazirlinin mətbuat xidmətindən saytımıza bildirilib ki, məsələ aydınlaşdırıldıqdan sonra mətbuata ətraflı məlumat veriləcək.

Qeyd edək ki, "Respublika" qəzetinin bugünkü sayında müəllifi təhsil naziri Mikayıl Cabbarov göstərilən məqalə çap olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, rəsmi dövlət qəzatində çap olunan yazının nazirə aidiyyəti yoxdur:

""Respublika" qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı yazı dərc edilib.

Təhsil Nazirliyinin mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika" qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR