10 il sonra yenidən ekranlarda - FOTOLAR

10 il sonra yenidən ekranlarda - FOTOLAR
15:58 27 Oktyabr 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarda Halit Ergenç və Bərgüzar Korelin oynadığı "Vətənim sənsən" serialı 25 həftəlik hazırlıqlardan sonra nəhayət ki, bu axşam “Kanal D”-də başlayacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maraqla gözlənilən serialln ssenari və güclü aktyor heyəti ilə yanaşı, hazırlıq prosesi də diqqət çəkir.

Serial haqqında maraqlı faktlar

Serial 1900-cu illərdə İzmirin işğal günlərində dağılan ailənin yenidən birləşməsindən bəhs edir.

Aktyorlar və əsgərlər üçün 2000-dən çox kostyum tikilib.

Türkiyənin və İzmirin işğal səhnələrinin reallığa uyğun olması üçün nəhəng çəkiliş meydançaları qurulub, dekorasiya da o dövrün tərzinə uyğun hazırlanıb.

Bütün hazırlıqlar 25 həftəyə başa gəlib.

1900-cu illərin küçələrini, dükanlarını, İzmirin ən görkəmli köşklərini, minlərlə əsgərin yaralarının sarğılandığı xəstəxanalar, əsir düşən qəhrəmanların saxlanıldığı düşərgə və şəhərin taleyini müəyyənləşdirən qərarların alındığı qərargah "Vətənim sənsən" üçün yenidən qurulub. Bütün bu işləri 250 nəfərlik işçi qrupu yerinə yetirib. 250 nəfərlik kollektiv inşaat işlərində gecə-gündüz çalışıb və demək olar ki, yeni şəhər inşa ediblər. 3 min kvadratmetrlik Alban səkisinin yanlarına 70 ədəd fasad (ön cəbhə), 3 məhəllə, 1 ev, 1 köşk, 1 xəstəxana, 1 (10 otaqlı) qarnizon (5 otaqlı), 1 meyxana, 1 əsir düşərgəsi, 5 otaq, 20 dükan inşa edilib.

250 nəfərlik qrupda sənət rejissoru, 5 memar, 5 interyer dizayneri, 10 heykəltəraş, 4 qrafika, 30 dəmirçi, 50 dülgər, 25 boyakar və 20 beton ustası daxildir.

Mayor Cövdətin həyatını tamamilə dəyişdirən savaş səhnəsinin hazırlanmasına 2 həftədən çox vaxt gedib.

Akrobatika tələb edən at səhnələrini üçün də dünya miqyasında film şirkətləri ilə çalışan xüsusi müəllimlər tutulub. Təlimçi və dublyorlar Qazaxıstandan gətirilib. Atların təhlükəsizliyi baxımdan baytarlar üçün ev-avtoqoşqu da tutulub. Yeri gəlmişkən müharibə səhnələrinin xüsusi effektlərinin hazırlıqları 6 aya yekunlaşıb.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/173735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR