Aİ nümayəndəsi məcburi köçkünlərlə görüşdü - FOTO

Aİ nümayəndəsi məcburi köçkünlərlə görüşdü - FOTO
16:34 27 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber və baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bərdəyə səfər ediblər.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə gələn avropalı qonaqlar qəsəbə sakinləri üçün yaradılan şəraitlə tanış olublar. Onlar məcburi köçkün ailələrinin qonağı olublar və təhsil müəssisələrinə, uşaq bağçalarına baş çəkiblər.

 

H. Salber bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə digər münaqişələrdən fərqli yanaşılmalıdır: “Bu münaqişənin xüsusiyyətlərini çox diqqətlə nəzərdən keçirmək lazımdır. Bizim üçün bir nömrəli məsələ budur ki, münaqişədən əziyyət çəkən insanların narahatlıqları və səsləri eşidilsin”.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR