Fransa və Ermənistan XİN başçıları həmsədrlərin təkliflərini müzakirə edəcək

Fransa və Ermənistan XİN başçıları həmsədrlərin təkliflərini müzakirə edəcək
16:37 27 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Fransanın xarici işlər naziri Jan-Mark Eyro erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcək".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.
Onun sözlərinə görə, nazirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan oktyabrın 27-də Fransada işgüzar səfərdə olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/fransa-ve-ermenistan-xi-n-bascilari-hemsedrlerin-tekliflerini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR