Bakıda 2 kişi meyiti tapılıb

Bakıda 2 kişi meyiti tapılıb
16:42 27 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda müxtəlif mənzillərdə üzərində zorakılıq əlamətləri olmayan 2 kişi meyiti tapılıb.
"Report"un məlumatına görə, hər iki hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Mikayıl Müşviq küçəsi ev 13/15 mənzil 66-da yaşayan 1940-cı il təvəllüdlü Əmirçoban Ağayevin yaşadığı evdə üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Digər bir kişi meyiti isə rayonun Müzəffər Hüseynov küçəsində tapılıb. Belə ki, ev 1-in qarşısında 50-55 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.
Meyitlər aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hər iki faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR