Məşhur “ABBA” yenidən qayıdır

Məşhur “ABBA” yenidən qayıdır
16:48 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir zamanlar bütün dünyada məşhur olmuş İsveçin populyar “ABBA” pop qrupu yenidən səhnəyə qayıdır.

Publika.az “Associated Press”ə istinadən məlumat verir ki, qrupun üzvləri yeni layihə ilə fanatlarının görüşünə gələcək.

Qrupun üzvləri bildiriblər ki, gələn il yeni layihələrini həyata keçirəcəklər.

Aqnet Feltskoq, Born Ulveus, Benni Anderson və Anni-Frid Linqstad bildiriblər ki, şou-biznesdə reallaşacaq layihə yeni nəsli “ABBA” ilə tanış edəcək. Musiqiçilər bununla bağlı ətraflı danışmaq istməyiblər.

Qeyd edək ki, “ABBA”nın 4 üzvü iyunda Stokholmun “Berns” klubunda yaradıcılıqlarının 50 illiyini qeyd ediblər.

Anar Tağıyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR