TƏHLÜKƏ: Daşqınlar ola bilər

TƏHLÜKƏ: Daşqınlar ola bilər
16:57 27 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsinin ölkə ərazisində hakim mövqe tutması və yağıntı mövsümünün uzun müddət davam etməsi əksər çaylarda gursululuğun yaranmasına səbəb olub.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib: "Bu, həm Böyük Qafqaz, həm Kiçik Qafqaz, həm də Talış dağlarının çaylarına aiddir. Bəzi çaylarda isə bu gursululuq daşqın həddinə çatır. Hazırda daşqına keçən yüksək gursululuq Göyçayda, Girdimançayda, Dəmiraparançayda, Kişçayda, həmçinin Böyük Qafqazın şimal-şərq yamacı çaylarında - Qusarçayda, Qudyalçayda, Maralçay, Vəlvələçayda müşahidə edilir. Gursululuq Lənkəran zonasının çaylarında da müşahidə edilir".

E.Əlizadə bildirib ki, əksər çaylarda gursululuğun daşqın həddinə çatmasının səbəbi həm çaylarda su sərfinin artması, həm də çay yatağının əvvəlki gətirmələrlə dolması və çayların suburaxma qabiliyyətinin xeyli azalmasıdır. Kiçik çaylarda baş verən daşqınlar isə daha çox həmin çay dərələlərinin müxtəlif məişət tullantıları ilə dolması, bəzən isə suötürücü kanalların və arxların uzun müddət təmizlənməməsi ilə bağlıdır.

E.Əlizadə deyib ki, hazırda Kür, Araz çaylarında sululuq nisbətən artsa da, gursululuq daha çox dağ çaylarında müşahidə olunur: "Çünki Kür və Araz çaylarının daha çox su topladığı Türkiyədə, İranda elə də çox yağıntı müşahidə edilmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR