Sumqayıtda azyaşlı uşağı oğurlayan qadın Ali Məhkəməyə müraciət edib

Sumqayıtda azyaşlı uşağı oğurlayan qadın Ali Məhkəməyə müraciət edib
17:02 27 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.
"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 28-nə təyin edilib.
İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2014-cü ilin il avqust ayının 3-də Sumqayıt şəhərində baş verib. Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Babayeva tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR