Ermənilər Qarabağda hərbi təlimə başladı

Ermənilər Qarabağda hərbi təlimə başladı
17:05 27 Oktyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin Tərtər istiqamətində keçirdiyi irimiqyaslı təlimdə ağır artilleriyadan istifadə edir. Təlim zamanı toplardan açılan atəş səsləri Tərtərlə yanaşı ətraf rayonlarda da eşidilir.

Təlim keçirilən zaman Bərdə rayonunda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberə də bu barədə məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/483779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR