Kanadada Azərbaycan telekanalı fəaliyyətə başlayıb

Kanadada Azərbaycan telekanalı fəaliyyətə başlayıb
17:14 27 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın bütün ölkə üçün yayılan Azərbaycan dilində telekanalı – “AzərbaycanStarTV”-nin rəsmi, təntənəli açılış mərasimi olub.

 

Lent.az-ın məlumatına görə,  “HB” (Heydərbaba) Media qrupunun rəhbəri, “AzərbaycanStarTV”-nin təşkilatçısı və baş redaktoru  Yashar Poorali 500-ə qədər həmvətənimizin iştirak etdiyi açılış mərasimində çıxış edərək deyib:

“On minlərlə azərbaycanlının yaşadığı Kanadada ana dilində televiziya kanalının açılışına böyük ehtiyac var idi. Çünki yetişməkdə olan gənc nəsil ailədə Azərbaycan dilində danışsa da, televiziyada yalnız ingilis və fransız dillərində olan veriliş və konsertlərə, filmlərə baxarlar. Oxuduqları kollec və institutlarda, ictimai yerlərdə daha çox həmin dillərdən istifadə etməyə məcbur olurdular ki, bu da doğma dilin mükəmməl öyrənilməsinə təsirsiz ötüşmürdü. Ən əsas problem isə gənc nəslin Azərbaycanın tarixindən, onun bugünkü sürətli iqtisadi inkişafından, xalqımızın adət-ənənələrindən, mədəniyyət və incəsənətindən müəyyən qədər uzaq düşməsində, hətta bəzən xəbərsiz olmasında idi. Məsələ həm də ondadır ki, əgər ikinci, üçüncü nəsil öz tarixini, milli adət-ənənəsini kifayət qədər yaxşı bilməzsə, sonrakı nəsillərimizdə dil, mədəniyyət, hətta din assimilyasiyası baş verə bilər ki, bu da Kanada kimi bir ölkədə yaşayan həmvətənlərimizin bir etnos olaraq yoxa çıxması demək olardı. Belə bir assimilyasiyanın, “milli yadlaşmanın” baş verməməsi üçün biz vətənpərvər dostlarımızın köməkliyi ilə “AzərbaycanStarTV” telekanalını yaratmağa qərar verdik. İnanırıq ki, Kanadada böyük nüfuz sahibi olan, müxtəlif sahələr üzrə cəmiyyətdə özünə müvafiq, yüksək yer tutmuş həmvətənlərimizin fəallığı sayəsində Azərbaycan telekanalı yeni nəslə  doğma xalqımızın tarixini, adət-ənənələrinə sədaqəti, hörmət  və məhəbbəti aşılaya biləcək”.

 

Soydaşlarımızın hədsiz sevincinə səbəb olan “AzərbaycanStarTV”-nin təntənəli açılışından sonra Yaqub Zurufçu  yeni telekanala “isti-isti” müsahibə verib həmvətənlərimizi təbrik etdi. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR