Bakıda oğul 72 yaşlı atasını döydü

Bakıda oğul 72 yaşlı atasını döydü
17:27 27 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami rayonu 8-ci kilometr qəsəbəsində 72 yaşlı kişi oğulu tərəfindən küt alətlə döyülüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə 8-ci kilometr qəsəbəsi Naxçıvanski küçəsi ev 88, mənzil 103-də baş verib. 

Həmin ünvanda yaşayan 1944-cü il təvəllüdlü Əsgərov Şirəli Mirəli oğlu yaşadığı evdə küt alətlə döyülüb. Başından və bədəninin müxtəlif yerlərindən ağır xəsarət alan Ş.Əsgərov xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. 

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hüquq mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır.

Ş.Əsgərovun oğlunun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR