Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"

Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"
17:42 27 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:

"Biz, doğrudan da, böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər. Biz Almaniya yığmasından danışırıq! Hansı ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid "Real"ına, "Barselona"ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR