Harada daşqın təhlükəsi var?

Harada daşqın təhlükəsi var?
17:43 27 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İntensiv yağışlar səbəbindən respublikadakı bütün çaylarda sululuq artıb. Bu gün əldə etdiyim məlumata görə, Göyçay çayında səviyyə daha çox qalxıb.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib.

Onun sözlərinə görə, yağış yağdıqca tədricən çaylarda suyun səviyyəsi artır. Hansı ərazilərdə yağışlar leysan xarakterli olur, o zaman suyun həcminin daha çox artması realdır: “Lakin hələ ki, çaylarda su daşqın səviyyəsinə çatmayıb. Hər il payızda çayların suyu artır. Bu il isə daha çox oldu, çünki sentyabrdan yağışlar yağır. Yayda da çaylarda quraqlıq olmadı, hətta iyul ayında da yağışlar yağırdı. Ona görə də çaylarda həmişə su var idi, payızda yağışlar çoxalıb və suyun da səviyyəsi daha çox artıb. Bu gündən yağışlar nisbətən kəsilib. Lakin intensiv yağışlar yağarsa, daşqın qaçılmaz ola bilər”.

Noyabr ayından respublika çaylarında azsululuğun başlayacağını deyən R.Qaşqay prosesin martın əvvəlinə qədər davam edəcəyini bildirib. Lakin cənub bölgəsi istisnadır: "Bu dövrdə daşqın gözləmirik, əlbəttə, güclü yağışlar olmazsa. Lakin bir məqamı unutmamalıyıq ki, bütün Azərbaycanda yaz və payızda yağış yağırsa, cənub zonasında qışda yağır. Şəki-Zaqataladan sonra ən sulu zonadır. Ona görə də qışda da həmin bölgənin aşağı zonalarında daşqın ola bilər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/173770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR