Politoloq: “ABŞ seçki sahəsində mütləq islahatlara getməlidir”

Politoloq: “ABŞ seçki sahəsində mütləq islahatlara getməlidir”
17:48 27 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

“ABŞ-da onlayn səsvermə sisteminin və sol təmayüllü siyasi partiyaların mövcud olmaması bu ölkənin seçki sisteminin normal səviyyədə olmadığını nümayiş etdirir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib.

Q.Hüseynli bildirib ki, solçuluq baxışları cəmiyyəti tarazlaşdıran ideyaların daşıyıcılarıdır:

“Bu cür siyasi partiyaların ABŞ-da hələ də mövcud olmaması kommunist və sosialist əhval-ruhiyyəli insanları seçim hüququndan məhrum edir”.

Politoloq qeyd edib ki, ABŞ-da keçirilən seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların seçki müşahidəçilərinin buraxılmaması demokratik prinsiplərə ziddir: “ABŞ-ın seçkilərlə bağlı ATƏT qarşısında özündən razı çıxış etməsi və Avropa demokratiyası yanında müştəbehliyi başadüşülən deyil. Çünki ABŞ neçə illərdir ki, seçki sistemi ilə bağlı heç bir islahat aparmayıb. ABŞ seçki sahəsində mütləq islahatlara getməlidir. Bu gün ABŞ-ın seçki və demokratiya sahəsində Avropa və dünya ölkələrindən öyrənəcəyi çox nümunələr var. Çünki ikipartiyalı sistem müəyyən halda özünü doğrultsa da, ancaq əksər hallarda çoxpartiyalı sistem demokratiyanın əsas dayağı hesab olunur. İkipartiyalı sistem çoxpartiyalı sistemdən üstün demokratiyaya sahib ola bilməz. Ona görə də ABŞ-da keçirilən prezident seçkilərində yalnız iki partiya deyil, həm də sağ və solçu partiyaları da təmsil olunmalıdır”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR