Milli Depozit Mərkəzi ABB-nin səhmdarlarına müraciət edib

Milli Depozit Mərkəzi ABB-nin səhmdarlarına müraciət edib
17:57 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Milli Depozit Mərkəzi (MDM) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarına müraciət edib. 
"Report"un MDM-ə istinadən məlumatına görə, müraciətdə bildirilir ki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəz ABB-yə qiymətli kağızların saxlanması, qiymətli kağız mülkiyyətçilərinin (səhmdarlarının) reyestrinin aparılması xidmətləri göstərir. MDM-in uçot sistemində Bankın qiymətli kağız mülkiyyətçiləri barədə anket məlumatlarının yenilənməsi və faktiki mövcudluğunun təsbit edilməsi məqsədilə Bankın qiymətli kağızlarına sahibliyini təsdiq edən aidiyyəti sənədlərinin (fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün isə təsis sənədlərinin, qiymətli kağız sertifikatının, özgəninkiləşdirilmə nəticəsində (alqı-satqı, bağışlama) əldə edildiyi halda, həmin müqavilənin, vərəsəlik olduğu halda aidiyyəti şəhadətnamənin və səhmlərin əldə edilməsi barədə ödəniş sənədinin) bir ay müddətinədək şəxsən və ya vəkalətli nümayəndə vasitəsilə MDM-ə və ya abb@mdm.az elektron ünvanına təqdim edilməsi tələb olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/milli-depozit-merkezi-abb-nin-sehmdarlarina-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR