“Rembo” öldürüldü

“Rembo” öldürüldü
18:18 27 Oktyabr 2016
324 Dünya
Ölkə mətbuatı
A- A+

İraq hərbçiləri Mosul yaxınlığında gedən döyüşlərdə İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin yaxın adamlarından birini öldürüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli mənbəyə istinadən “Al Sumaria” telekanalı bildirib.

Məlumata görə, Əbu İman əl-Mosuli İŞİD-in xüsusi təyinatlılarının başçısı idi. Mənbə qeyd edib ki, atletik bədən quruluşu olduğu üçün onuməşhur “Rembo” filminin qəhrəmanının (Silvestr Stallone – red.) şərəfinə “Rembo” adlandırırdılar.

Mənbənin sözlərinə görə, əl-Mosuli Əbubəkr Bağdadiyə çox yaxın idi və bir müddət onun mühafizə qrupunda yer alıb. Daha sonra isə Mosulun müdafiəsinin möhkəmləndirilməsi üçün İŞİD-in xüsusi təyinatlılarına başçılıq edib.

İŞİD liderinin özü isə, təsdiq edilməmiş məlumatlara görə, üç gün əvvəl Mosulda olub.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR