Sirli Azərbaycan: "Qırxqız" qəsri - FOTO

Sirli Azərbaycan: "Qırxqız" qəsri - FOTO
17:57 5 Yanvar 2015
295 Sosial
Ölkə mətbuatı
A- A+

Oxucuları Azərbaycanın az öyrənilmiş qədim memarlıq abidələri ilə tanış etməkdə davam edirik
Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə yolumuz Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndinədir. Bu yerlərdə Azərbaycanda ən qədim insan məskənlərindən biri yerləşir.

Bundan əlavə, kənd Böyük İpək yolunun üzərində yerləşir və ipəkdən hazırlanan məmulatların və kəlayağı milli baş örtüyünün vətəni kimi məşhurdur.

Dağlıq Basqal kəndində təbiət özünün ilkin görünüşünü qoruyub saxlayıb: dumduru bulaqlar, balta dəyməmiş meşələr, çaylar, qarlı dağlar. Arxeoloqlar burada yaşı I-II əsrlərə gedib çıxan yaşayış məskəni aşkar ediblər.

Basqal açıq səma altında əsl tarix muzeyidir. Bura çoxlu sayda sirləri özündə saxlayır. Onlardan biri Basqal kəndi ilə yanaşı, Sulut kəndinin yaxınlığında yerləşən X-XIII əsrlərə aid nadir qalanın xarabalıqlarıdır.

Yerli sakinlər onu Haram çayının sağ sahilində yerləşən “Qırxotaq” və ya "Qırxqız" qəsri adlandırırlar. Rəvayətə görə, bu qala çox yaxşı mühafizə edilib və Şirvan xanlarının hərəmxanası olub.

Əfsanəyə görə, hökmdar otaqların hər birində bir gözəl saxlayıb və onların burada başqa qızların olmasından xəbərləri olmayıb. Qalanın xarabalıqları burada sayı 40-dan çox olan böyük və geniş otaqların olduğunu sübut edir.

Həmin dövrlərdə qala "Haram qalası" adlanırmış.

Yeri gəlmişkən, Sulut kəndinə gedən yolda ərzaq ehtiyatlarının saxlanması üçün “soyuducu” kimi istifadə olunan anbarın qalıqları da var. Mütəxəssislər bu tapıntını XVIII əsrin ortalarına, yəni Mustafa xanın hakimiyyəti dövrünə aid edirlər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR