“Statoil”un xalis zərəri 24% artıb

“Statoil”un xalis zərəri 24% artıb
18:42 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkətinin bu ilin III rübündə xalis zərəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq 427 mln. ABŞ dollarına çatıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında qeyd olunub.
Məlumata görə, bu ilin 9 ayında isə şirkətin zərəri 97% artıb və 117 mln. dollar olub.
Şirkətin açıqlamasında qeyd olunub ki, hesabat rübünün göstəricisi neft və qazın aşağı qiymətləri ilə yanaşı, quyulara texniki baxış üçün xərclərin çoxalması ilə əlaqədardır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR