Firudin Nəbiyev BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Firudin Nəbiyev BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
18:57 27 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelislə görüşüb.
Xidmətdən "Report"a verilən məlumata görə, görüşdə Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə bu yaxınlarda Cenevrədə keçirdiyi görüş barədə ətarflı söhbət açıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakının Ali Komissar tərəfindən yüksək qiymətləndirilməsi qeyd olunub.
Xidmət rəisi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarında beynəlxalq təcrübənin tətbiq edilməsində DMX-nın maraqlı olduğunu ifadə edib.
Furio De Angelis vətəndaşlığı olmayan şəxslərin sayı ilə bağlı dəqiq rəqəmlər əldə etməyə yönələn metodologiyanın hazırlanması üçün BMT-nin digər qurumları ilə əməkdaşlıq təklif edib. Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən “Açıq qapı günü” tədbirlərində BMT QAK əməkdaşlarının da iştirakı ilə bağlı təşəbbüs maraqla qarşılanıb.
Görüşdə Sığınacaq məsələləri üzrə qanunvericilik bazasının inkişaf etdirilməsi, əsasən də əlavə himayə formasının tətbiqi istiqamətində görülən işlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/firudin-nebiyev-bmt-qak-in-azerbaycandaki-numayendeliyinin-rehberi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR