Dünyanın ən yaxşısı

Dünyanın ən yaxşısı
19:17 27 Oktyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Milli çempionatlarda davam etməkdə olan ən uzun seriyalar açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bütün dünya ölkələrinin liqalarını əhatə edən siyahılarda Azərbaycan klubları da yer alıb.

Azərbaycan Premyer Liqasında çıxış edən komandalar arasında ən yüksək pillədə "Qarabağ" yer alıb. Ağdam təmsilçisi ev oyunlarındakı quru matçlara görə fərqlənib. Əyalət klubu artıq 9 qarşılaşmadı, öz meydanında qol buraxmır. Bu göstəricidə "Qarabağ" davam edən seriyalar arasında dünya 1-cisidi.
 
Ağdamlılar sonuncu dəfə ötən mövsüm evdə qol buraxıb. Bu, martın 30-da "Rəvan"la görüşdə qeydə alınıb. 5:1 hesablı qələbə zamanı qapısında qol görən "Qarabağ" sonrakı 9 matçda qapısını toxunulmaz saxlayıb. Yasin Həmidin 68-ci dəqiqədəki qolundan sonra meydan sahibləri 832 dəqiqədi qonaqları sevinmək imkanı yaratmır.
 
Təmsilçimizin ən yaxın izləyiciləri 2 oyun geri qalır. Bunlar Gürcüstan "VİT-Corciya"sı, Yunanıstan "Paneqialios"u və Rusiya "Çelyabinsk"idi. Sonuncu iki komanda  aşağı liqa təmsilçiləridi.
 
Eyni göstərici üzrə ilk "10-luq"da daha bir Azərbaycan klubu yer alıb. Ardıcıl 6 ev matçında qol buraxmayan "Qəbələ" 5-ci pilləyə  şərikdi. Təmsilçimizin şərikləri sırasında "Amkar" (Rusiya), "Levski" (Bolqarıstan), "Samsunspor" (Türkiyə) kimi klublar da yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR