Bakıda 8 bina plana düşdü: təcili söküləcək (ÜNVANLAR)

Bakıda 8 bina plana düşdü: təcili söküləcək (ÜNVANLAR)
19:23 27 Oktyabr 2016
628 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Bayıl qəsəbəsində bir sıra yaşayış binaları söküləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Səbail rayonu İcra Hakimiyyətindən Azeri.Today-ə bildiriblər.

Hazırda Qurban Abbasovun 27 küçəsində yerləşən yaşayış binaları tamamilə sökülüb.

"Hazırda 8 binanın söküntüsünə hazırlaşırıq. Xanlar küçəsi 51,16,85, 57, 59; Q.Abbasova küçəsi 58, 62, 62A ünvanlarındakı binalar söküləcək", - deyə İH bildirilib.

Hazırda məznil sahiblərinin 2 il müddətinə kirayə mənzillərə köçürülməsi ilə bağlı danışıqlar gedir: "Sökülən binalrın yerində çoxmərtəbəli yaşayış binaları tikiləcək. Həmin binalardan mənzili sökülənlərə yeni evlər veriləcək", - deyə İH əlavə ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR