Xalq artisti minnətdarlıq etdi

Xalq artisti minnətdarlıq etdi
19:26 27 Oktyabr 2016
64 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan xalq artisti Tofiq Bakıxanov ilə görüşüb.

Axşam.az Ali Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Talıbov görüşdə Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb və bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirib.

Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb.

Naxçıvanda yaradıcılığına yüksək qiymət verildiyini bildirən bəstəkar göstərilən diqqətə görə minnətdarlıq edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR