OPEC ekspert komitəsinin növbəti görüşü keçiriləcək

OPEC ekspert komitəsinin növbəti görüşü keçiriləcək
19:32 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ OPEC-in bu il noyabrın 30-da Avstriyanın Vyana şəhərində keçiriləcək sammitindən əvvəl ekspert komitəsinin həmin ayın 24-25-də daha bir görüşünün təşkili gözlənilir. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Əlcəzairin energetika naziri Nurəddin Buterfa tərəfindən verilib.
Ekspert komitəsinin ilk iclası isə oktyabrın 28-29-da Vyanada keçiriləcək. İclasda OPEC üzvü olmayan 12 ölkənin iştirak etməsi gözlənilir. Həmçinin hər iki iclasda neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyən edilməsi planlaşdırılıb. Oktyabrın 28-29-da keçiriləcək iclasda Azərbaycanın da iştirak etməsi müəyyənləşib.
Əlcəzairin energetika nazirinin sözlərinə görə, sammitdə OPEC hasilat kvotalarını təsdiqləyəcək.
Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı ilkin razılaşma OPEC-in qeyri-formal Əlcəzair sammitində sentyabr ayında əldə olunub. N.Buterfanın deyib ki, biz "Əlcəzair sammiti razılaşmasının reallaşdırılması üzərində çalışırıq."
Bu açıqlamadan sonra neftin qiyməti birr qədər artıb. "Brent" markalı neft yenidən 50 dollar/barel həddini keçib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/opec-ekspert-komitesinin-novbeti-gorusu-kecirilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR