Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayıb

Rövşən Lənkəranskinin mirası uğrunda müharibə başlayıb
19:32 27 Oktyabr 2016
1632 Dünya
Ölkə mətbuatı
A- A+

"Qanuni oğru"lar "kriminal general" Rövşən Canıyevin mirasının bölüşdürülməsinə girişiblər. Bu mirasa əsas namizədlər mafioz Hüseyn Əhmədov (kor Hüseyn) və Merab Canqveladzeyə (Suxumili Merab) yaxın qanqsterlərdir.

Milli.A-ın məlumatına görə, virtualaz.org "Rosbalt" agentliyinin məlumatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, son illərdə Canıyevin Moskvadakı mövqeləri çox zəifləmişdi, burada onun elə də aktivi yox idi. Olanlardan ən irisi tez-tez yerini dəyişən, indi isə Varşava şossesində yerləşən göyərti və meyvə-tərəvəz bazarıdır. Bu obyektə Rövşən Lənkəranski böyük yoldaşı Merab Canqveladze ilə şərik rəhbərlik edirdi, birbaşa idarəçilik isə sonuncunun qardaşı Levonun əlində idi. Canıyevin ölümündən sonra bazar büsbütün Canqveladze qardaşlarının nəzarətinə keçdi. O ki qaldı daha xırda ticarət obyektlərinə, Lənkəranskinin rəhbərini itirmiş silahlıları oraları tez-tələsik tərk etdilər və bu obyektlər müxtəlif etnik qruplaşmaların arasında bölüşdürüldü.

Canıyevin Türkiyədəki aktivləri daha sanballı və ciddi idi, son illərdə o özü də burada yaşayırdı. Bunların arasında Rövşənin himayədarlıq etdiyi çoxlu sayda kommersant və firmalar, mehmanxanalar, narkotik təchizatı kanalları və s. vardı. Son zamanlar Canıyevin yaxın ətrafına bir tərəfdən "qanuni" Hüseyn Əhmədov, digər tərəfdən isəSuxumili Merabın mafiozlar qrupu daxil idi ki, bunların arasında Temuri Nemsitsveridzeni (Tsripa), Roin Uqlavanı (Mateviç) və Dato Çuradzeni qeyd etmək olar. Canqveladzenin özü İtaliyada məhbus həyatı yaşayırdı. O, bu yaxınlarda azadlığa çıxıb və Türkiyəyə köçüb.

"Rosbalt"ın mənbəyinin sözlərinə görə, kommersantlarla görüşlərində, "razborka"larda Əhmədov mütləq şəkildə Canıyevi müşayiət edirdi və kimin Lənkəranskiyə nə qədər ödədiyini, Rövşənin hansı obyektlərə və firmalara nəzarət etməsini o hamıdan yaxşı bilir. Buna görə də, təəccüblü deyil ki, Kor Hüseyn yoldaşının ölümündən sonra onun mirasının böyük hissəsinə iddialarını ortaya qoyub, eyni zamanda, artıq iş adamlarını da xəbərdar edib ki, Rövşənin varisi özüdür. Bu məqsədlər üçün Moskvadan böyük bir qrup keçmiş çeçen döyüşçüsü də gətirilib ki, bunlar Əhmədovun iddialarını daha sanballı və tutarlı edir.

Lakin hər zaman Rövşənin böyük yoldaşı sayılmış Merab Canqveladze mirasın bölüşdürülməsindən kənarda qalmaq istəməyib. Lənkəranskinin aktivlərinin bir hissəsinə həmin o Mateviç və Tsrip də iddia edirlər ki, onların arxasında nüfuzlu Suxumili Merabın fiquru aydın sezilir. "Hələlik Kor Hüseynlə Merabın dəstəsindəki "oğru"lar arasında birbaşa münaqişə yoxdur, lakin hər şey buna doğru gedir. Rövşənin mirasını sülh yolu ilə bölüşdürmək alınmır", - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının 18-də Canıyev İstanbuldakı hotellərin birinin restoranında öz briqadasının üzvləri ilə görüş keçirirdi. Avtomobillə binadan çıxan zaman killerlər maşını dəlik-deşik etmişdilər. "Qanuni oğru" özü və sinif yoldaşı olan sürücüsü öldürülmüşdü. Avqustun 19-na keçən gecə Canıyevin nəşi Azərbaycana gətirilmiş və doğma Lənkəran şəhərində torpağa tapşırılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR