Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var

Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var
19:42 27 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 27 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Füzuli küçəsində qeydə alınıb. 
Lənkəran şəhəri Dairəvi marşrut avtobusu Lənkəran-Astara xətti ilə hərəkət edən sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə mikroavtobusda olan 14 sərnişindən 4 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 
Qeyd edək ki, Lənkəran şəhəri Dairəvi marşrut avtobusu qaraja hərəkət etdiyindən içərisində sərnişin olmayıb. 
Faktla bağlı araşdırma aparılır. 








Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeranda-sernisin-avtobuslari-toqqusub-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR