Dövlət Miqrasiya Xidmətində "ASANPAY ödəniş sistemi vasitəsilə ödənilməsi” proqramının təqdimatı olub

Dövlət Miqrasiya Xidmətində "ASANPAY ödəniş sistemi vasitəsilə ödənilməsi” proqramının təqdimatı olub
20:22 27 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb.
Qurumdan "Report"a verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşla görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən söhbət açıb.
Emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin icra vəziyyəti və əldə olunmuş nəticələrə toxunulub.
Qeyd olunub ki, 2014-cü ildən başlanılmış layihə çərçivəsində “Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi” proqramı hazırlanıb.
Sonra hazırlanmış proqramın təqdimat mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndələyinin rəhbəri Serhan Aktoprak, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin rəhbəri Malena Mard, bp-nin Azəri-Çıraq-Günəşli qlobal layihlər təşkilatı üzrə vitse-prezidenti Cathal Kelly və Beynəlxalq Miqrasiya Təşkilatının Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoş çıxış ediblər.
Daha sonra DMX-nin əməkdaşı Zəfər Şamilov proqramın əməliyyat imkanlarını əyani şəkildə iştirakçılara təqdim edib. Məlumat verilib ki, törətdiyi inzibati xətaya görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş əcnəbinin həmin ödəniş sistemi vasitəsilə cəriməsini ödədikdən sonra 2 dəqiqə ərzində müvafiq qaydada məhdudiyyətinin götürülməsini proqram təmin edir. Bu da həm maddi, həm də vaxt itkisinin qarşısını alır, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir. Proqram həm Azərbaycan, həm ingilis, həm də rus dillərindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/dovlet-miqrasiya-xidmetinde-asanpay-odenis-sistemi-vasitesile-odenilmesi-proqraminin-teqdimati-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR