Lənkəranda avtobuslar toqquşub: 4 nəfər yaralandı

Lənkəranda avtobuslar toqquşub: 4 nəfər yaralandı
20:29 27 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Füzuki küçəsində qeydə alınıb. Lənkəran şəhəri marşrutu üzrə işləyən sərnişin avtobusu qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub. Güclü zərbə nəticəsində mikroavtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX)  yerləşdirilib.

 

Onların hamısına zəruri tibbi yardım göstərilib. MRX-dən xəsarət alanlardan  birinin vəziyyətinin ağır olduğu bildirilib.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR