İmişli sakinləri son 60 ildə görünməyən təbiət
hadisəsinin şahidi olublar.
ARB TV xəbər verir ki, payız fəsli olmağına baxmayaraq rayon
ərazisinə qar yağıb.
Səhər saatlarından yağan sulu qar sonradan qara çevrilib.
Hazırda İmişlidə qış abu-havası müşahidə olunur.
Ruslan Şahbazov - rayon sakini: "Qarın yağmağı,
havanın təmizliyi başqa məsələ, amma mənim 60 yaşım var və indiyə
qədər oktyabrda qar görməmişik".
İmişlinin ağ örpəyə bürünməsinə səbəb olan təbiət hadisəsi rayon
sakinlərini də təəccübləndirib.
Fərahim Nəzərov - rayon sakini: "Yanvar ayında elə
olub ki, biz qar üzünə həsrət qalmışıq. Oktyabrda isə qar yağmağı
bizə təəccüblü gəlir. Buna baxmayaraq çox sevincliyik".
İlin bu fəslində yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün
faydalı olsa da, bir tərəfdən də ziyanlıdır.
Ruslan Şahbazov - rayon sakini: "Taxıla xeyri var,
ancaq pambığa ziyandır. Çuğundurun yetişən vaxtıdır. Camaatın
məhsul toplamağına problem yaradır".