Əli Əhmədov: "Türkiyə Azərbaycanın bütün problemlərin çözülməsinə həssaslıqla yanaşır"

Əli Əhmədov: "Türkiyə Azərbaycanın bütün problemlərin çözülməsinə həssaslıqla yanaşır"
21:12 27 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyə Azərbaycanın bütün problemlərin çözülməsinə  həssaslıqla yanaşır. Dağlıq Qarabağ münaqişənin yaranandan bu günə kimi Türkiyə bu münaqişənin nizamlanması yolunda imkanları daxilində iştirak etməyə çalışır.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Türkiyənin mövcudluğu və əzəməti Azərbaycanın bu haqq işində rol oynayır. Nazir müavini bildirib ki, son zamanlar bu məsələdə fəallıq nəzərə çarpır və münaqişənin nizamlanması üçün cəlb olunmuş dövlətlər prosesdə Türkiyənin rolunu etiraf etməyə məcbur olublar: “Hesab edirəm ki, bu, münaqişənin nizamlanması işində Türkiyənin yeni mərhələyə qalxmasından xəbər verir. Hər halda Türkiyənin münaqişənin ədalətli şəkildə, Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması formasında həll edilməsinə hamıdan çox çalışan bir dövlətdir”. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/eli-ehmedov-turkiye-azerbaycanin-butun-problemlerin-cozulmesine-hessasliqla-yanasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR