Qadağa nişanı alveri zəiflətdi - VİDEO

Qadağa nişanı alveri zəiflətdi - VİDEO
21:22 27 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nəsimi rayonu Həsən Əliyev küçəsində fəaliyyət göstərən bir qrup sahibkar yolda maşın saxlaya bilmədikləri üçün narahatdırlar. Onlar bildirir ki, bir neçə gündür əraziyə dayanma və durmanı qadağan edən nişan quraşdırıldığından müştərilər onların dükanlarına girmək istəmir. Çünki ərazidə mütəmadi olaraq xidmət aparan yol polisləri dükanın qabaqında maşın saxlayan sürücüləri cərimələyirlər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yolun bir tərəfi 2, digər tərəfi isə 3 zolaqlı olsada heç bir tərəfdə avtomobil saxlamaqa icazə verilmir. Üstəlik hər iki tərəfdə yan-yana çoxlu sayda ticarət obyekti var. Paytaxtın Həsən Əliyev küçəsində dükanları olan bu sahibkarlar bir neçə gündür ki, müştəri qəbul edə bilmədiklərini deyirlər. Buna səbəb ərazidə qoyulan dayanma durmanı qadağan edən nişandır.

Sahibkarlar 1 həftədir ki, əraziyə quraşdırılan nişanın götürülməsini istəyirlər. Ekspertlər isə hazırda bakıda bir çox küçədə eyni zamanda həmin yolda tez-tez sıxlıq yarandıqı üçün bu addımın atıldığını düşünürlər.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirir ki, həmin sahibkarların müəraciətindən sonra əraziyə yenidən baxış keçirilə bilər. Nişanın götürülüb götürülməyəcəyinə isə yalnız ondan sonra qərar veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR